Daxili nəzarət və komplayens üzrə mütəxəssis (1 illik müqavilə)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə nəzarət prosedurlarının planlaşdırılması, icrası və test edilməsi;
  • Daxili nəzarət mühitinin effektivliyinin qiymətləndirilməsi, aşkar edilmiş boşluqlar üzrə təhlillərin aparılması və təkmilləşdirmə tövsiyələrinin verilməsi;
  • Müntəzəm komplayens və daxili nəzarət hesabatlarının hazırlanması, nəticələrin aidiyyəti daxili tərəflərə təqdim edilməsi;
  • Auditlər, risk qiymətləndirmələri və daxili araşdırmalar çərçivəsində tələb olunan məlumatların toplanması, təhlili və sənədləşdirilməsi;
  • Müəyyən edilmiş uyğunsuzluqlar və nəzarət boşluqları üzrə düzəldici tədbirlərin hazırlanmasının koordinasiyası, icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi;
  • Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək proses risklərinin müəyyənləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Daxili siyasət, prosedur və nəzarət mexanizmlərinin hazırlanması və yenilənməsi prosesində iştirak;

Tələblər:

  • Təhsil – Ali (Mühasibat uçotu, maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi)
  • Daxili nəzarət, komplayens, risklərin idarə edilməsi, audit və ya maliyyə sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə işgüzar səviyyədə bilik üstünlük hesab olunur.
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • ACCA, CIA, CISA və ya digər müvafiq peşəkar sertifikatlara sahib olmaq və ya sertifikat proqramlarında iştirak üstünlükdür;
  • Daxili nəzarət çərçivələri, risk idarəetməsi və komplayens prinsipləri üzrə bilik;
  • Analitik düşüncə, problem həll etmə və risklərin qiymətləndirilməsi bacarığı;

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Rəqabətli əməkhaqqı;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Qeyd: Vəzifə 1 illik müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulub.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili nəzarət və komplayens üzrə mütəxəssis” qeyd etməklə career@totalbeverage.group elektron poçt ünvanına göndərə bilərsiniz.