İşin təsviri
Müəssisə: Qəbələ Konserv Zavodu MMC
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
İşin təsviri:
- Satış proqnozları əsasında istehsal planlarının hazırlanması və icrasının koordinasiya edilməsi.
- Xammal və digər material tələbatlarının müəyyənləşdirilməsi, istehsal qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi.
- Zavod anbarı üzrə material ehtiyaclarının planlaşdırılması və ehtiyat səviyyələrinin optimallaşdırılması.
- İstehsal cədvəllərinin effektivliyinin artırılması və resurslardan optimal istifadə məqsədilə davamlı təkmilləşdirmələrin həyata keçirilməsi.
- Hazır məhsul və material ehtiyatları üzrə SİT analizlərinin aparılması, nəticələrin qiymətləndirilməsi və zəruri korrektiv tədbirlərin görülməsi.
- Məhsul resepturaları və istehsal göstəriciləri üzrə plan-fakt təhlillərinin aparılması, istehsalatda baş verən plansız dayanma hallarının səbəblərinin araşdırılması və təkmilləşdirmə tədbirlərinin hazırlanması.
Tələblər:
- Təhsil – Ali təhsil
- İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, İngilis dili üstünlükdür;
- MS Office və ERP sistemləri üzrə işləmə bacarığı;
- Güclü analitik düşüncə və strateji planlama bacarığı
- Komanda idarəetməsi və effektiv kommunikasiya bacarığı
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat planlaması üzrə aparıcı mütəxəssis – QKZ” qeyd etməklə career@totalbeverage.group elektron poçt ünvanına göndərə bilərsiniz.