Məhsul araşdırma və inkişaf etdirmə üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Şirkət: Qəbələ Konserv Zavodu

İş yeri: Bakı

Əsas öhdəliklər:

  • Yeni qida və içki məhsulları üzrə bazar, istehlakçı və dad trendlərinin araşdırılması
  • Yeni məhsullar üçün reseptura, formulasiya və texniki spesifikasiyaların hazırlanmasının təşkil edilməsi (zavodlarla birgə)
  • Mövcud məhsulların dad, tekstura, görünüş, xərclər və funksional xüsusiyyətlər baxımından optimallaşdırılması və təkmilləşdirilməsi
  • Daxili dad testlərinin və sensor panel testlərinin təşkili, icrası və təhlili
  • Laboratoriya şəraitində reseptura sınaqları və analizlərin aparılmasının təşkili; Dad balansı, sabitlik və keyfiyyət göstəricilərinə əsasən resepturanın tənzimlənməsi
  • Ar-Ge (Research and Devolopment) fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Namizədə dair tələblər:

  • Təhsil – Ali (Qida / Kimya / Sənaye mühəndisliyi)
  • İş təcrübəsi – Sahə üzrə minimum 3 il
  • Dil bacarıqları: Azərbaycan dili (Səlis); İngilis (orta); Rus dilləri (orta)
  • Kompüter bilikləri: MS Office

Əlavə tələb:

  • Qida məhsullarının formulyasiya prinsipləri və dad balansı üzrə biliklər
  • Laboratoriya analizlərin nəticələri və sınaq prosedurları ilə işləmək bacarığı
  • Reseptura və texniki sənədlərin hazırlanması

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Məhsul araşdırma və inkişaf etdirmə üzrə mütəxəssis” qeyd etməklə career@totalbeverage.group elektron poçt ünvanına göndərə bilərsiniz.