Satınalma üzrə kiçik mütəxəssis (QKZ)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Müəssisə: Qəbələ Konserv zavodu

Vəzifə öhdəlikləri:

  • Müəssisələrdən gələn sorğuları qəbul etmək və icra etmək.
  • Tələb olunan məhsul və xidmətlər üzrə təchizatçılardan təkliflər toplamaq, müqayisəli təhlillər aparmaq.
  • Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və təchizatçı bazasının genişləndirilməsi prosesinində yaxından iştirak etmək
  • Təchizatçılarla qiymət, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq və optimal nəticələrin əldə olunmasında dəstək göstərmək
  • Məhsul və xidmətlər üzrə bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini izləmək və rəhbərliyə müvafiq hesabat təqdim etmək

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili (sərbəst), İngilis dili (yaxşı)
  • MS office (yaxşı səviyyədə)

Əlavə tələb:

  • Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti.
  • Analitik düşünmə bacarığı.
  • Komanda ilə işləmək qabiliyyəti və detallara diqqət.
  • Stressə davamlılıq və öyrənməyə açıq olmaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
  • Könüllü Tibbi sığorta
  • Korporativ nömrə
  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə kiçik mütəxəssis – QKZ” qeyd etməklə career@totalbeverage.group elektron poçt ünvanına göndərə bilərsiniz.