İşin təsviri
“Nur Collection” MMC “Assistant” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 – 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əsas Vəzifələr:
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasını təmin etmək və icra vəziyyətinə nəzarət etmək;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq
- Telefon zənglərini qəbul etmək, elektron poçt yazışmalarını idarə etmək və aidiyyəti üzrə yönləndirmək;
- Görüşlərin, iclasların və işgüzar tədbirlərin təşkilinə dəstək göstərmək, görüş qrafikini koordinasiya etmək;
- Şirkətin struktur bölmələri arasında operativ informasiya mübadiləsini və koordinasiyanı təmin etmək;
- Gündəlik ofis işlərinin təşkili, inzibati proseslərin icrasına dəstək göstərmək;
- Tapşırıqların icra vəziyyəti barədə rəhbərliyi mütəmadi məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqları operativ və keyfiyyətli şəkildə yerinə yetirmək.
Namizədə tələblər:
- Bəy namizəd
- Ali təhsil
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- MS Office proqramlarını bilmək
- İşgüzar ünsiyyət və təşkilatçılıq qabiliyyəti
- Diqqətlilik və məsuliyyət
- Komanda ilə işləmə bacarığı
- İş təcrübəsi arzuolunandır
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Assistant” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.