İşin təsviri
“Nur Collection” MMC “Elektrik ” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 6 günlük iş qrafiki (6-cı günü qısa iş günü)
- Nahar fasiləsi: 13:00 – 14:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakı-Sumqayıt yolunun üstü (Masazır dairəsi)
Əsas Vəzifələr:
- İnzibati binanın daxilində və xaricində yerləşən bütün elektrik avadanlıqlarına və sərfiyyatına nəzarət edilməsi
- Yeni açılan mağazalarda elektrik sistemlərinin quraşdırılmasında iştirak və texniki nəzarət
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, elektrik avadanlıqlarında istismarı və enerji avadanlıqları və şəbəkələrindən istifadə qaydalarına əməl olunmasına nəzarət etməsi
- Mağazalarda elektrik sistemlərinin istismarı, diaqnostikası və təmiri
- Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək.
- Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istismara verilməsi.
- Elektrik naqillərinin və kabel xətlərinin normativ tələblərə uyğun yoxlanılması
- Qısaqapanma, yüklənmə və digər risk faktorlarının aşkarlanması və aradan qaldırılması
- Elektrik təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktik baxışların aparılması
- Aşkarlanmış nasazlıqların aradan qaldırılması və təmir işlərinin vaxtında yerinə yetirilməsi.
- Elektrik təchizatı sistemlərinin periodik olaraq texniki baxış və profilaktik xidmətlərinin aparılması.
- Elektrik avadanlıqlarının iş rejimlərinə uyğun işləməsinə nəzarət etmək.
- Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək.
- İş zamanı istifadə olunan elektrik alətlərinin və cihazlarının sazlığını qorumaq.
Namizədə tələblər:
- Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə orta ixtisas / ali təhsil
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi (pərakəndə satış obyektlərində təcrübə üstünlükdür)
- Elektrik qurğularının istismarı və təhlükəsizliyi üzrə biliklər
- Elektrik təhlükəsizliyi üzrə sertifikat (üstünlükdür)
- İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik
- Diqqətlilik və texniki detallara həssas yanaşma
- Komandada işləmək və məsuliyyətlili
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.