Hüquq (Konsaltinq) Xidmətləri

16 Sentyabr 2025
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Tenderin predmeti və iştirak şərtləri haqqında məlumat

Tenderin predmeti:

“Nur Collection” MMC 10 ildən artıq təcrübəyə malik olan hüquq (konsaltinq) şirkəti ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq etmək məqsədilə açıq tender elan edir.

Xidmətə dair tələblər:

  • Korporativ hüquq və müqavilələrin hazırlanması – müqavilələrin işlənməsi, risklərin azaldılması
  • Əmək, vergi və mülki hüquq üzrə hüquqi məsləhətlərin verilməsi – işçi münasibətləri, vergi risklərinin analizi
  • Məhkəmə və arbitraj proseslərində hüquqi dəstək
  • Qanunvericiliyə uyğunluq üzrə audit (compliance review)
  • Hüquqi rəy və ekspertiza xidmətləri

İştirak üçün tələblər:

  • Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxs olmaq
  • Minimum 10 illik peşəkar fəaliyyət təcrübəsi (sənədlərlə təsdiqlənməlidir)
  • Müvafiq sahələr üzrə ixtisaslaşmış hüquqşünas komandasına malik olmaq
  • Oxşar layihələrdə iştirak təcrübəsi (müqavilələr, tövsiyə məktubları təqdim edilməlidir)

Tender sənədlərinin təqdim olunması:

  • Şirkətin təqdimatı və təcrübəsinə dair məlumat
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN (nüsxələr, notarial təsdiqli)
  • Təklif edilən hüquqi xidmətlərin siyahısı və qiymət təklifi
  • Tövsiyə məktubları və müqavilə nümunələri
  • Qanunvericiliyə uyğunluq üzrə audit olunması haqqında sənəd

Sənədlərin təqdim olunması üçün son tarix: 25 oktyabr 2025 – ci il, saat 17:00

Sənədlərin təqdim olunma üsulu:

  • Elektron və ya fiziki formada Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana təqdim edilməlidir.

Ünvan: Abşeron rayonu, Əliağa Vahid küçəsi 1B

Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Mob: (+994 51) 233 73 18, (+994 51) 233 73 31
Qeyd: Yalnız tam sənəd paketi təqdim edən iştirakçılar tenderdə nəzərdən keçiriləcəkdir.