İnsan resursları üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur CollectionMMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim olunması
  • İşçilərlə bağlı əmrlərin, arayışların, məktubların və digər sənədlərin hazırlanması
  • İş yeri arayışlarının, əmək kitabçası və digər şəxsi sənədlərlə bağlı sorğuların cavablandırılması
  • Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə əməkdaşlığın koordinasiyası və tələb olunan hesabatların vaxtında təqdim olunması
  • İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası
  • Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə artımı kimi HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdimatı
  • İşçilərin şəxsi işlərinin (Personal File) düzgün formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi
  • abel uçotunun aparılması,Əmək haqqının hesablanması
  • Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması
  • İşə qəbul əməliyyatlarının həyata keçirilməsi
  • İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq, nəticələndirmək və qanunvericiliyə müvafiq olaraq olaraq müəyyən edilmiş qaydada rəsmiləşdirmək
  • Əmək haqqı kartlarını sifariş etmək
  • Sorğu edilən və lazım olan arayışları hazırlamaq
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək

Namizədə tələblər:

  • Ali təhsil: İnsan Resursları, Menecment, İqtisadiyyat və əlaqəli sahələr
  • Minimum 3 il İR əməliyyatları sahəsində iş təcrübəsi (istehsalat və satış sahəsində təcrübənin olması əlavə üstünlükdür)
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bacarıq
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
  • Yüksək dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı.
  • Elektron hökumət portalları (ƏMAS, DMA, e-gov və s.) ilə işləmə bacarığı

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.