İnteryer / Eksteryer dizayner

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur CollectionMMC “İnteryer / Eksteryer dizayner vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-Sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Şirkətin tələblərinə uyğun interyer və eksteryer dizayn konseptlərinin hazırlanması
  • Mənzil, ofis, kommersiya obyektləri və digər məkanlar üçün dizayn layihələrinin hazırlanması
  • Plan həllərinin, mebel yerləşiminin və funksional zonalaşdırmanın hazırlanması
  • 2D planların və texniki çertyojların hazırlanması
  • 3D vizuallaşdırmaların hazırlanması və təqdim edilməsi
  • Material, rəng, mebel və dekor elementlərinin seçilməsi
  • Layihə üzrə ölçülərin götürülməsi və ölçü planlarının hazırlanması
  • İşçi layihələrin hazırlanması (elektrik planı, tavan planı, döşəmə planı və s.)
  • Layihələrin icra prosesində texniki nəzarətin həyata keçirilməsi
  • Podratçılar və təmir briqadası ilə koordinasiya
  • Layihə sənədlərinin və texniki spesifikasiyaların hazırlanması

Namizədə tələblər:

  • Memarlıq, interyer dizayn və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili
  • İnteryer və ya eksteryer dizayn sahəsində minimum 2 il iş təcrübəsi
  • Texniki çertyoj və işçi layihə hazırlamaq bacarığı
  • Materiallar, mebel və dekorasiya elementləri barədə məlumatlı olmaq
  • Ölçü götürmə və planlama bacarığı
  • Kreativ düşüncə və estetik zövq
  • Detallara diqqət və məsuliyyətlilik
  • Komanda ilə işləmək və layihələri vaxtında təhvil vermək bacarığı
  • Müştərilərlə ünsiyyət və təqdimat bacarıqları
  • Portfolio təqdim etmək mütləqdir

Aşağıdakı proqramlarda işləmə bacarığı:

  • AutoCAD
  • 3Ds Max və ya SketchUp
  • V-Ray / Corona Render
  • Adobe Photoshop
  • 2D planlama və 3D vizuallaşdırma bacarıqları

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İnteryer / Eksteryer dizayner” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.