Mağaza daxili marketing üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur Collection MMC “Mağaza daxili marketing üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Mağaza daxili brending və vizual standartlar
  • Mağaza daxili brend standartlarının (CI) tətbiqi və daim nəzarətdə saxlanılması.
  • POSM materiallarının (banner, stiker, wobler, shelf-talker, vitrin materialı və s.) yerləşdirilməsi, yenilənməsi və düzgünlüyünün yoxlanılması.
  • Mağaza içi naviqasiya, qiymət etiketi zonaları, promo stendlər və xüsusi guşələrin brend standartlarına uyğun qurulması. Hər mağaza üçün vizual check-list hazırlanması və aylıq/haftəlik auditlərin aparılması.
  • Kampaniyaların mağaza daxilində düzgün tətbiqinin təmin edilməsi (promo zonalar, endirim mesajları, məhsul düzülüşü). Yeni kampaniya startı üçün mağazalara təlimatların hazırlanması və paylaşılması.
  • Mağazalarda yaranan brending, avadanlıq, material çatışmazlığı və vizual pozuntu problemlərini operativ aşkar etmək. Problemlərin səbəbini araşdırmaq (foto/video sübut, mağaza heyəti ilə müsahibə, təchizat yoxlaması).
  • Problemlərin həlli üçün lazımi tədbirləri görmək: material sifarişi, ustaya yönləndirmə, yenidən montaj, düzəliş işlərinin təşkili. Problemlərin statusunu izləmək və “açıq bağlanma” sistemi ilə nəticəni təsdiqləmək (SLA/vaxt norması ilə).
  • Təchizat, istehsal və podratçılarla iş
  • Təkliflər paketi: mağaza içi təcrübənin (customer experience) yaxşılaşdırılması üçün ideyalar. Daxili koordinasiya və kommunikasiya

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Müvafik sahədə minimum 5 il təcrübə
  • Retail / FMCG / mağaza şəbəkəsi mühitində in-store marketinq təcrübəsi.
  • Brend standartları və POSM bilikləri.
  • Analitik yanaşma, problem həlli, koordinasiya və podratçı idarəetməsi.
  • MS Excel/Google Sheets, foto-hesabat və planlama vərdişləri.
  • Aktiv sahə işi (mağaza ziyarətləri) və sürətli icra.

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağaza daxili marketing üzrə mütəxəssis” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.