Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur Collection” MMC “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-Sumqayıt yolunun üstü

Ümumi Məlumat:

  • Maliyyə rəhbəri şirkətin maliyyə strategiyasının hazırlanmasına, icrasına və maliyyə dayanıqlığının təmin olunmasına cavabdehdir. Şirkətin maliyyə və vergi siyasətinin formalaşdırılması, maliyyə hesabatlarının düzgünlüyünün və şəffaflığının təmin edilməsi əsas vəzifələrdəndir.

Əsas Vəzifələr:

  • Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
  • ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması;
  • Kassa əməliyyatlarının uçotunun təşkili;
  • 1C proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət;
  • Mühasibat uçotu proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin etmək;
  • Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və Balans və kapitalda dəyişikliklər kimi başlıca hesabatların hazırlanması, nəticələrin təhlil olunması və rəhbərliyə təqdim edilməsi;
  • Hesabatların Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Maliyyə (mühasibat) şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək və komandanın fəaliyyətini inkişaf etdirmək;
  • Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi;
  • Şirkətin ümumi maliyyə strategiyasının hazırlanması və tətbiqi.
  • Büdcənin tərtib edilməsi və icrasına nəzarət.
  • Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün yönləndirilməsi.
  • Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən edilməsi.
  • Maliyyə risklərinin təhlili və risklərin idarə olunması tədbirlərinin görülməsi.
  • Banklarla və digər maliyyə qurumları ilə əməkdaşlığın təşkili.
  • Audit və yoxlama proseslərində iştirak və koordinasiya.
  • ERP və maliyyə proqram təminatlarının tətbiqinə nəzarət.

Namizədə tələblər:

  • Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Maliyyə və mühasibatlıq sahəsində ən azı 3-5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya baş mühasib) iş təcrübəsi;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının bütün istiqamətləri üzrə praktiki bilik və təcrübə;
  • Vergi Məcəlləsi, əmək və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi dərindən bilmək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə bilik (müvafiq sertifikat üstünlükdür);
  • Peşəkar Mühasib sertifikatına malik olmaq;
  • MS Office, 1C, BTP və EFP proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • ERP sistemlərinin mühasibatlıq və maliyyə modulları ilə işləmək təcrübəsi;
  • Analitik düşünmə, liderlik, yüksək məsuliyyət və qərarvermə bacarığı.
  • İstehsalat sahəsində təcrübəsinin olması üstünlükdür

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Maliyyə və mühasibatlıq şöbəsinin rəhbəri” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.