Mebel istehsalı üzrə usta

İşin təsviri

“Nur CollectionMMC “Mebel istehsalı üzrə usta” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
  • Ünvan: Bakı, Aliağa Vahid 1B

Əsas Vəzifələr:

  • Kəsim aparatlarında sərbəst işləmə bacarığı
  • Laminant və MDF detallar üzərində işləmə təcrübəsi
  • PVC yapışdırma aparatından istifadə bacarığı
  • Frez aparatında dəqiq və səliqəli işləmə bacarığı
  • Hər növ kəsim işlərinin yerinə yetirilməsi
  • Hər növ mebellərin montajnı bacarmaq
  • Texniki təlimatlarla işləyə bilmək, ölçü götürmək və düzgün tətbiq etmək
  • Verilən texniki tapşırıqlara əsasən mebel detallarının hazırlanması
  • Mebel hissələrinin kəsilməsi, yonulması, frez olunması və montajı
  • İstehsalat avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun şəkildə istifadə
  • İşin keyfiyyətli və vaxtında təhvil verilməsi

Namizədə tələblər:

  • Oxşar sahədə ən az 5 il iş təcrübəsi
  • Komandada işləmə bacarığı
  • Məsuliyyətli və diqqətli olmaq

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mebel istehsalı üzrə usta” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.