İşin təsviri
- 6 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 – 14:00
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
- Ünvan: Bakı, Aliağa Vahid 1B
Əsas Vəzifələr:
- Moda trendlərini, rəqiblərin fəaliyyətini, müştəri tələblərini izləmək və şöbə fəaliyyətinə uyğun çevik tətbiqlər hazırlamaq.
- Yeni məhsul, kampaniya və konseptlərin təqdimatında iştirak etmək və şöbənin yeniliklərinə rəhbərlik etmək.
- Məhsul çeşidləri, kampaniyalar və promosyonlar planında iştirak etmək, şöbə səviyyəsində həyata keçirmək.
- Mövcud moda meyllərindən, üslublardan və yeni yaranan dizaynlardan yüksək səviyədə xəbərdar olmaq.
- Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların nəyi bəyənəcəyini proqnozlaşdırmaq
- Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komandası ilə işləmək
- Dizayn komandasının yeni məhsullar üçün eskizlər hazırlamasına nəzarət
- Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılmasında iştirak və nəzarət
- Dizaynların istehsalına nəzarət
- Yeni parça nümunələri almaq üçün istehsalçılar ilə daimi əlaqə yaratmağ
- Dizayn məhsulunun hədəf istehlakçıların yaşı, cinsi, üslubu və sosial-iqtisadi vəziyyətinə uyğun olması üçün modellər üzərində nümunə paltarların görünüşünün araşdırılması və lazım gəldikdə paltarların yenidən dizayn edilməsinin həyata keçirilməsi
- Məhsulun müştəri, bazar və qiymət meyarlarına uyğun olmasını təmin etmək üçün satınalma və istehsal qrupları ilə daimi əlaqədə olmaq
- Müştəri yönümlü xidmət standartlarını tətbiq etmək və yüksək səviyyədə müştəri təcrübəsi təmin etmək.
- Şöbə komandasının seçimi, təlimi, inkişafı və performans qiymətləndirmələri ilə məşğul olmaq.
- Komandaya motivasiya vermək, performansı izləmək və inkişaf üçün dəstək vermək.
Namizədə tələblər:
- Kompüter dəstəkli dizayn proqramlarından və qrafik redaktor proqramlarından yüksək səviyədə istifadə edə bilmək,
- Müvafik sahədə 5 il, rəhbər vəzifədə 2 ildən artıq iş təcrübəsi
- Moda ticarəti, pərakəndə satış menecmenti və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (arzu olunandır).
- Moda sənayesində sübut edilmiş təcrübə, tendensiyalar və istehlakçı davranışları haqqında güclü anlayış.
- Əla moda hissi və geyim konstruksiyası, parçalar və üslub texnikası haqqında bilik.
- Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar, müştərilərlə münasibət qurmaq bacarığı.
- Yaradıcı düşüncə və detallara diqqət.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Moda şöbə müdiri” qeyd etməklə, hr@nurcollection.az elektron poçt ünvanına göndərə bilərlər.