Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur Collection MMC “Moderator” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Veb sayt və mobil tətbiqdə yerləşdirilən bütün məzmunun (mətn, şəkil, video istifadəçi paylaşımları və s gündəlik yoxlanılması və moderasiyası)
  • Platforma qaydalarına zidd olan məzmunun silinməsi və ya bloklanması
  • İstifadəçilərdən daxil olan şikayət və sorğuların araşdırılması və operativ cavablandırılması
  • Saxta hesabların spam fəaliyyətlərinin və qayda pozuntularının aşkarlanması, tədbir görülməsi
  • Yeni istifadəçi qeydiyyatlarının və profillərin yoxlanılması (lazım olduqda təsdiqlənməsi və ya rədd edilməsi)
  • Kontent keyfiyyətinin və etik normalara uyğunluğun qorunması
  • Mobil tətbiq və veb sayt üzrə texniki və funksional problemlərin qeydə alınması və müvafiq komandaya ötürülməsi
  • Moderator paneli və daxili idarəetmə alətləri ilə işləmək
  • Platforma üzrə statistika və hesabatların hazırlanmasında iştirak
  • Şirkət daxili məxfilik, təhlükəsizlik və etik qaydalara əməl edilməsi
  • Lazım gəldikdə istifadəçilərə platformadan düzgün istifadə ilə bağlı yönləndirilmə verilməsi
  • Qayda və prosedurlardakı yeniliklərin izlənməsi və tətbiqi.

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Müvafik və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Rəqəmsal marketinq bilikləri
  • Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalıdır

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Moderator” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.