Müştəri xidmətləri üzrə rəhbər

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti:

  • 5 günlük iş qrafiki (6-cı günü növbəli)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı, Abşeron rayon, Əliağa Vahid 1 B
  • Əmək haqqı: Razılaşma yolu ilə

Əsas Vəzifələr:

  • Müştəri xidmətləri komandasının fəaliyyətinə rəhbərlik etmək və proseslərin effektivliyini təmin etmək;
  • Satışdan sonrakı xidmətlərin keyfiyyətini yüksəltmək və müştəri məmnuniyyətini davamlı şəkildə izləmək;
  • Müştəri ehtiyaclarını analiz edərək təkmilləşmə və inkişaf istiqamətlərini müəyyənləşdirmək;
  • Müştəri təcrübəsini artırmaq məqsədilə gamification (oyunlaşdırma) strategiyalarını dizayn etmək və tətbiq etmək;
  • Müştəri davranışları və alış psixologiyası əsasında fərdi yanaşma modelləri qurmaq;
  • Komanda üzvlərinə ünsiyyət, bədən dili və davranış psixologiyası mövzularında mentorluq göstərmək.

Namizədə tələblər:

  • Satışdan sonrakı xidmət prosesləri haqqında dərin bilik;
  • Gamification dizaynı prinsiplərini bilməli və tətbiq edə bilmək bacarığı;
  • Müştəri ehtiyaclarını düzgün təhlil etmə bacarığı;
  • Alış psixologiyası və davranış analizi haqqında anlayış;
  • Yüksək səviyyədə ünsiyyət və komanda idarəetmə bacarığı;
  • Bədən dili və emosional zəka barədə məlumatlılıq;
  • Müvafiq sahədə minimum 3 illik təcrübə arzuolunandır;
  • Ali təhsil (biznes, marketinq və ya müvafiq ixtisas üzrə üstünlük verilir).

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Müştəri xidmətləri üzrə rəhbər” qeyd etməklə, hr@nurcollection.az elektron poçt ünvanına göndərə bilərlər.