İşin təsviri
Vəzifə öhdəlikləri:
- Reklam kampaniyalarının proyektlərinin hazırlanması;
- Graphic kompozisiyalar hazırlanmalı;
- Kampaniyalar, sosial media paylaşımlarının vizuala salınmalı;
- Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqların hazırlanması;
- Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s. hazırlanması;
- Marketinq layihələrinin vizuallaşdırılması;
- Təqdimatların korporativ stilə uyğun dizayn edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Qrafik dizayn sahəsində iş təcrübəsi;
- Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
- Adobe Photoshop, Adobe İllustrator proqramları üzrə yüksək səviyyədə biliklər;
- Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
- Yaradıcı, kreativ düşüncə qabiliyyəti;
- Detallara qarşı diqqətlilik;
- Komanda ilə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (pre-intermediate), rus dili (arzuolunan)
- Portfolio təqdim edilməlidir.
İş şəraiti
- İş qrafiki: İş saatları həftə içi 5 gün: 09:00 – 18:00;
- İş yeri: Abseron rayon Masazir dairesi Ə.Vahid küç 6
- Əmək haqqı müsahibə əsasında təyin olunur
- Nahar şirkət tərəfindən təmin olunur.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Qrafik Dizayner” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.