İşin təsviri
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 – 14:00
- Ünvan: Bakı şəhəri və ətraf rayonlarda yerləşən mağazalarımız
Əsas Vəzifələr:
- Yeni açılacaq mağazaların təmir-bərpa işlərinin planlaşdırılması və icrasına nəzarət;
- Mövcud mağazalarda aparılan cari və əsaslı təmir işlərinə nəzarətin həyata keçirilməsi;
- Təmir işləri üzrə ustaların və briqadaların işinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması;
- Mağazaların mütəmadi olaraq yoxlanılması, texniki və konstruktiv problemlərin vaxtında aşkarlanması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Rayonlarda yerləşən mağazalara mütəmadi səfərlərin edilməsi, görülən işlərin yerində yoxlanılması;
- Təmir işlərinin təsdiq edilmiş layihə, texniki tələblər və təhlükəsizlik qaydalarına uyğun icrasının təmin edilməsi;
- Material və işçi qüvvəsindən səmərəli istifadə olunmasına nəzarət;
- Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Təcili təmir ehtiyaclarının operativ şəkildə həllinin təşkili.
Namizədə tələblər:
- Tikinti, təmir və ya müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (briqada rəhbəri kimi təcrübə üstünlükdür);
- Təmir-bərpa işləri üzrə texniki biliklər;
- Ustalarla işləmək və komandanı idarəetmə bacarığı;
- Texniki sənədləri, plan və smetaları oxuma bacarığı;
- Məsuliyyətli, operativ və problem həll etmə qabiliyyəti;
- Ezamiyyətlərə (rayonlara səfərlərə) hazır olmaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Tikinti briqadasının rəhbəri (Pararaf)” qeyd etməklə, hr@nurcollection.az elektron poçt ünvanına göndərə bilərlər.