İşin təsviri
- Marketinq planının hazırlanması və icrasının koordinasiyası
- Reklam kampaniyalarının planlaşdırılması və icrasına nəzarət (offline və online)
- Xarici partnyorlarla (brend təmsilçiləri, istehsalçılar və beynəlxalq agentliklər) yazılı və şifahi kommunikasiya
- Təchizatçılar, reklam agentlikləri və media tərəfdaşları ilə iş
- Sosial media və rəqəmsal platformalar üzrə kontent planının hazırlanması və idarə olunması
- Rəqəmsal kampaniyaların effektivliyinin təhlili və hesabatların hazırlanması
- Büdcə planlamasında iştirak və xərclərə nəzarət
Tələblər:
- Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq və reklam sahəsində 2-3 il iş təcrübəsi
- Xarici partnyorlarla iş təcrübəsi (əsas üstünlükdür)
- Rus və ingilis dillərini sərbəst səviyyədə bilməli (mükəmməl səviyyə tələb olunmur, amma aktiv yazışma və danışıq bacarığı vacibdir)
- Təchizatçılar və agentliklərlə iş təcrübəsi
- Sosial media platformaları (Google, YouTube, Meta, TikTok, LinkedIn və s.) və rəqəmsal reklam alətləri üzrə praktik bilik
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşünmə və nəticəyönümlülük
Şəxsi keyfiyyətlər:
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Məsuliyyətli və təşəbbüskar
- Komandada və müstəqil işləmək bacarığı
- Vaxtın effektiv idarə olunması
Maraqlanan namizədlər öz CV-lərini hr@nurgun.az elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu qismində “Marketing mütəxəssisi” sözünün yazılması mütləqdir!