Əmək haqqı üzrə kiçik mütəxəssis

İşin təsviri

Şirkət əməkdaşlarının aylıq əməkhaqlarının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödəniş üçün aidiyyəti struktur bölməyə yönləndirmək;

Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və ona uyğun aylıq iş vaxtının uçotu tabellərini tərtib etmək;

Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək.

Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq.

Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək.

Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək

Tələblər

Ali Təhsil

Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Microsoft Office proqramları (xüsusilə Excel) ilə yaxşı səviyyədə işləmək bacarığı

Diqqətcil, məsuliyyətli və məxfi məlumatlarla işləmək bacarığı

Komandada işləmək və insanlarla ünsiyyət qurmaq bacarığı