Maliyyə üzrə Analitik (Kommersiya üzrə)

İşin təsviri

İllik satış və məcmu mənfəət büdcəsinin hazırlanmasında aidiyyəti struktur əməkdaşları ilə effektiv əməkdaşlıq etmək.

Aylıq satış hədəfləri və nəticələri üzrə analiz və hesabatları hazırlamaq;

Kategoriya və SKU səviyyəsində trendsal və LFL analizlərini həyata keçirmək;

İdxal və “Private Label” məhsulları üzrə təhlillər aparmaq və aidiyyəti şəxslərlə paylaşmaq;

Tədarükçülər üzrə satış və mənfəət analizlərini və müqayisə(LFL) hesabatlarını hazırlamaq;

Tədarükçülər üzrə satış, mənfəət və bonus məhsul analizlərini aparmaq;

Dövrüyyə kapitalı analizini aylıq hazırlamaq;

Dövriyyə kapitalı və stok effektivliyi üzrə (ABC və s.) hesabatlar hazırlamaq;

Passiv məhsulları müəyyənləşdirib satış trendlərinə dair təqdimatlar hazırlamaq.

Tələblər

Təhsil: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisaslaşmaları üzrə);

Təcrübə: Maliyyə analizi və ya satış təhlili sahəsində minimum 1 il iş təcrübəsi;

Sertifikat: Lisenziya: ACCA (FA) və ya ekvivalent ola biləcək digər beynəlxalq sertifikatlar üstünlükdür

MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

Analitik düşüncə, dəqiqlik və hesabatların vizual şəkildə təqdimetmə bacarığı;

Komandada işləmək və struktur rəhbərləri ilə effektiv əməkdaşlıq bacarığı.