İşin təsviri
- Logistika heyəti üzrə işə qəbul prosesini həyata keçirmək, vakansiya elanlarını hazırlamaq, namizədlərlə müsahibələr keçirmək və uyğun namizədlərin seçimini təmin etmək;
- İşə qəbul olunan əməkdaşların sənədlərinin tamlığını yoxlamaq və rəsmiləşdirilməsi üçün müvafiq struktur bölməsinə yönləndirmək;
- Əməkdaşların transfer proseslərini koordinasiya etmək və ştat cədvəlinə uyğun olaraq işçi sayına nəzarət etmək;
- İşə qəbul layihələrinin (Açıq Qapı Günləri, Karyera Sərgiləri, Karyera Günləri və digər employer branding tədbirləri) planlaşdırılması və təşkilində iştirak etmək;
- Şirkətin işə qəbul siyasət və prosedurlarına uyğunluğun təmin edilməsinə nəzarət etmək;
- Vakansiyalar üzrə işə qəbul hesabatlarını hazırlamaq və müvafiq rəhbərliyə təqdim etmək;
Tələblər
- İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
- İşə qəbul və seçim proseslərinin, müsahibə metodlarının tətbiqi üzrə praktiki bacarıqlar;
- MS Office proqramlarından (Word, Excel, PowerPoint) yaxşı səviyyədə istifadə bacarığı;
- Yüksək iş tempi və dinamik pərakəndə satış mühitində effektiv işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.
Vakansiya növü – Tam ştat
İmtiyazlar
- Nahar ödənişi
- İş qrafiki: 5 gün, 09:00-18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.