İşin təsviri
- İşə qəbul prossesinin həyata keçirilməsinə-namizədlərin axtarılması,görüşlərin keçirilməsi və proseslərində iştirak etmək;
- İşə qəbul edilən əməkdaşlarn sənədlərinin yoxlanması və sənədləşmə prosesi üçün müvafiq struktura yönəltmək;
- Transferləri həyata keçirmək,işçi saylarının ştat cədvəlinə nəzərdə tutulmuş saydan artıq olmamasına nəzarət etmək;
- Daxil olan müraciətləri təhlil etmək uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək , müsahibələr təşkil etmək
- Ərazi üzrə fəaliyyət göstərən mağazaları mütəmadi olaraq ziyarət etmək və nəzarəti həyata keçirmək (Tovuz, Gəncə,Şəmkir, Qazax)
Namizədə dair tələblər:
- Təhsil: Ali ( İnsan resurslarının idarə edilməsi üzrə olması üstünlükdür)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübəsi olan şəxslərə üstünlük veriləcək)
- Texniki bacarıqlar: MS Office (Excel orta səviyyədə)
- İnsan Resursları ilə bağlı nəzəri biliklər
- Şəxsi avtomobilinin olması mütləq
- Ünsiyyətcil, əməkdaşlıq aparmaq, probelemləri həll etmək qabiliyyəti
- Tovuz, Gəncə Şəhərlərində yaşayacaq namizədlər üstünlük veriləcək.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Təminatlar:
- Nahar ödənişi
- Yanacaq və Amortizasiya xərci
- Koorporativ nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə Biznes Tərəfdaş (Tovuz-Gəncə)” yazaraq cv@oba.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.