İşin təsviri
- Məhsul analizlərini həyata keçirmək, tətbiqlərin biznes proseslərini sənədləşdirmək və təkmilləşdirmək üçün təkliflər hazırlamaq;
- Yeni ideyaları tətbiqlər və biznes üçün təklif etmək, texniki komandaların anlayacağı standart sənədlərə çevirmək;
- Tapşırıqları prioritetləşdirmək, icra planlarını hazırlamaq və inkişaf proseslərini idarə etmək;
- Komanda üzvləri və orta, yüksək səviyyəli rəhbərlik ilə koordinasiya yaratmaq və effektiv əlaqəni təmin etmək;
- Komanda üzvlərinin tapşırıqlarını izləmək və onların düzgün icrasına nəzarət etmək;
- Mövcud trendləri və şirkətin strateji planlarını nəzərə alaraq hesabat və sənədlər hazırlamaq.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- RUP və ya UML metodologiyalarından ən az biri ilə tanışlıq;
- Sənədləşdirmə təcrübəsi, Scrum və Use-Case konsepsiyalarına yaxşı bələd olmaq;
- Slack və digər beynəlxalq İT vasitələri ilə işləmə bacarığı;
- Analitik düşüncə və problemləri effektiv şəkildə həll etmək bacarığı;
- Yaradıcı yanaşma, çevik iş prinsipi və detallara yüksək diqqət.