Kommunal və ümumi xərclərə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Kommunal və ümumi xərclərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etmək;

Kommunal xərclər üzrə artıq və əsassız ödənişləri müəyyən etmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün təkliflər hazırlamaq;

Yüksək kommunal xərc yaradan mağazaları təhlil etmək və xərc səbəblərini araşdırmaq;

Hər bir mağaza üzrə xərclərin azaldılması və qənaətin artırılması məqsədilə fəaliyyət planları hazırlamaq;

Kommunal və ümumi xərclərin aylıq monitorinqini aparmaq, hesabatlar hazırlamaq və nəticələri təqdim etmək;

Xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadə istiqamətində layihələr hazırlamaq və icrasında iştirak etmək;

Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləmək;

Xərclərin idarə olunması ilə bağlı təkliflər hazırlamaq və proseslərin təkmilləşdirilməsinə dəstək vermək.

İş qrafiki: 5 günlük iş həftəsi;

İş saatları: 09:00 – 18:00;

Tələblər

Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil;

Maliyyə təhlili, xərclərin idarə olunması sahədə minimum 1 il iş təcrübəsi;

MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;

Analitik düşünmə və məlumatların təhlili bacarığı;

Hesabatların hazırlanması və təqdimat bacarığı;

Problem həll etmə, planlaşdırma və nəticəyönümlülük;

Komanda ilə işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı.