İşin təsviri
- Mobil tətbiqlər üçün yeni funksiyaları hazırlamaq və tətbiq etmək;
- Mövcud mobil tətbiqlərin performansını qorumaq və təkmilləşdirmək;
- React Native framework-ü ilə təmiz, effektiv və standartlara uyğun kod yazmaq;
- Dayanıqlı və genişləndirilə bilən tətbiqlər yaratmaq üçün TypeScript-dən istifadə etmək;
- Müasir, adaptiv və istifadəçiyə dost dizaynlar üçün Tailwind CSS tətbiq etmək;
- Mobil inkişaf sahəsindəki ən son texnologiya və trendləri mütəmadi izləmək və tətbiq etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 2-4 il iş təcrübəsi;
- React Native və TypeScript ilə işləmə bacarığı;
- Tailwind CSS və müasir dizayn prinsipləri barədə bilik;
- Güclü analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
- Effektiv ünsiyyət və komanda ilə işləmə bacarıqları.