Planlama üzrə mütəxəssis

İşin təsviri

Şirkətin təchizat anbarına və mağazalarda istifadə olunan məhsulların planlı şəkildə tədarükünü və mövcudluğunu təmin etmək;

Yerli və xarici alış kanalları vasitəsilə sifarişlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsini izləmək;

Alınan məhsullar üzrə anbar stok səviyyələrini daim təhlil edərək optimal səviyyədə saxlamaq;

Tələb proqnozlarına əsasən material ehtiyaclarını planlamaq və vaxtında sifarişlərin verilməsini təmin etmək;

Alınan malların düzgün bölgüsünü və uçotunu təşkil etmək, müvafiq şöbələrlə koordinasiyanı həyata keçirmək;

Anbar və təchizat əməliyyatlarının effektivliyini artırmaq üçün təkliflər irəli sürmək və proseslərə nəzarət etmək.

İş qrafiki:

09:00-18:00

5 gün

Tələblər

✔ Ali təhsil (İqtisadiyyat, logistika və ya mühəndislik sahəsində üstünlükdür)

✔ Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

✔ MS Excel proqramında işləmək bacarığı (yaxşı səviyyədə)

✔ Material ehtiyaclarının planlanması (MRP) və stok təhlili üzrə biliklər.

✔ Analitik düşüncə və planlama qabiliyyəti

✔ Komandada işləmək və ünsiyyət bacarığı