İşin təsviri
Təsvir
- Brendin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;
- Sosial media platformaları üçün aylıq kontent planlarının hazırlanması və icrasını koordinasiya etmək;
- Meta, Google və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlamaq, qurmaq və optimizasiya etmək;
- Reklam kampaniyalarının nəticələrini analiz etmək və effektivliyin artırılması üçün təkliflər hazırlamaq;
- Rəqəmsal kampaniyalar üçün kreativ ideyalar və kommunikasiya konseptləri hazırlamaq;
- Website və digər rəqəmsal kanallar üzrə performans göstəricilərini izləmək;
- Google Analytics, Meta Ads Manager və digər analitik alətlər vasitəsilə nəticələri təhlil etmək;
- Aylıq və kampaniya üzrə hesabatlar hazırlamaq;
- Bazar, rəqib və rəqəmsal trendləri araşdırmaq;
- Yeni digital marketing alətləri və trendlərini izləmək və onların tətbiqi ilə bağlı təkliflər vermək;
- Dizayn, kontent və digər aidiyyəti komandalarla koordinasiyalı işləmək.
Tələblər
- Marketinq, biznes, kommunikasiya və ya əlaqəli sahədə ali təhsil;
- Digital Marketing sahəsində iş təcrübəsi;
- Meta Ads Manager və Google Ads platformaları üzrə praktiki bilik;
- Sosial media platformalarının iş prinsiplərini və alqoritmlərini anlamaq;
- Google Analytics və digər analitika alətləri ilə işləmək bacarığı;
- Excel / Google Sheets üzrə yaxşı səviyyədə bilik;
- Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
- Kreativ düşüncə və güclü kommunikasiya bacarıqları;
- Bir neçə layihəni paralel idarə etmək və deadline-lara riayət etmək bacarığı.
- E-commerce və ya retail sahəsində təcrübə;
- SEO və SEM üzrə bilik;
- Email Marketing və CRM alətləri ilə işləmə təcrübəsi (üstünlük);
- TikTok Ads, LinkedIn Ads və digər reklam platformaları üzrə təcrübə (üstünlük);
- A/B testing və conversion optimization üzrə bilik (üstünlük);
- AI əsaslı marketinq alətlərindən istifadə təcrübəsi (üstünlük).