İşin təsviri
- Satış heyətindən daxil olan qeyri-ticari məhsullar üzrə sorğuların qəbul edilməsi, təhlil olunması və sifarişlərin sistemdə yaradılması;
- İT. strukturundan daxil olan sorğular əsasında müvafiq sifarişlərin yaradılması və prosesin icrasının təmin edilməsi;
- Zəruri hallarda sifarişlərin təsdiq mərhələlərinin təşkil edilməsi və aidiyyəti şəxslərdən təsdiqlərin alınması;
- Yaradılmış sifarişlərin mağazaya çatdırılana qədər bütün təsdiq və icra mərhələləri üzrə izlənilməsi;
- Sifarişlərin statusunun mütəmadi olaraq yoxlanılması və yaranan gecikmələr üzrə aidiyyəti struktur bölmələrin məlumatlandırılması;
- Təmir-tikinti işləri ilə bağlı mağazalardan daxil olan sorğuların qəbul edilməsi və müvafiq istiqamətdə dəstəyin göstərilməsi;
- Təmir-tikinti və qeyri-ticari məhsullarla bağlı sifariş prosesində mağazalar, Satış, İT. və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi;
- Sifarişlərlə bağlı məlumatların sistemdə düzgün və vaxtında qeydiyyata alınması;
- Sifariş prosesi üzrə tələb olunan hesabatların hazırlanması və məlumatların təqdim edilməsi;
- Sifariş prosesində yaranan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həllinin koordinasiya edilməsi.
İş qrafiki:
5 gün:
09:00-18:00
Tələblər
- Ali təhsil;
- Sifarişlərin idarə edilməsi, logistika, satınalma, satış və ya əlaqəli sahələrdə 1 il təcrübə
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- ERP və ya digər sifariş idarəetmə sistemləri ilə işləmə bacarığı;
- Sifariş və iş proseslərinin izlənilməsi və koordinasiyası üzrə bacarıq;
- Analitik düşünmə və məlumatları operativ təhlil etmə bacarığı;
- Diqqətlilik və yüksək dəqiqlik;
- Müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və bir neçə sorğunu paralel şəkildə icra etmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.