İşin təsviri
- Mağaza inventarını fiziki və sistem qeydləri ilə müqayisə etməklə müntəzəm inventar yoxlamaları aparmaq.
- İnventar uyğunsuzluqlarını, itkilərini və ya artıqlıqlarını araşdırmaq və səbəblərini müəyyən etmək.
- Stok dəqiqliyi məlumatlarını təhlil etmək və idarəetməyə hesabatlar təqdim etmək.
- Satış nöqtəsi (POS) sistemlərində stok səviyyələrinin dəqiq əks olunmasını təmin etmək.
- Anbar və satış məkanında məhsulların düzgün etiketlənməsi və yerləşdirilməsi prosesinə nəzarət etmək.
- Qəbul, inventarlaşdırma və satış proseslərində səhvləri azaltmaq üçün prosedurları təkmilləşdirmək.
- İnventar idarəetmə sistemləri ilə bağlı problemləri həll etmək və lazım olduqda texniki dəstək ilə əlaqə saxlamaq.
- Mağaza işçiləri ilə stok dəqiqliyi prosedurları və ən yaxşı təcrübələr üzrə təlim keçmək.
- Müvəqqəti və ya sezonluq mallar üçün inventar planlarını həyata keçirmək və monitorinq etmək.
- Təchizat zənciri və anbar komandaları ilə əməkdaşlıq edərək məlumatların dəqiqliyini yoxlamaq.
Qrafik: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Tələblər
- Ali təhsil: (Logistika, Təchizat Zənciri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə )
- Pərakəndə satış, anbar, logistika və ya inventar idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
- ERP, WMS, SAP, POS və ya digər inventar idarəetmə sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı;
- Rəqəmlərlə işləmək, hesabat hazırlamaq və problemləri operativ həll etmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və detallara yüksək diqqət;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- İnventarlaşdırma və stok sayımı metodologiyaları üzrə bilik.
- Mağazalarda inventar yoxlamaları aparmaq imkanı (Gündüz)