İşin təsviri
Təsvir
- Müəssisənin texniki avadanlıqlarına, su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemlərinə mütəmadi texniki baxış keçirmək.
- Avadanlıq və sistemlərdə yaranan nasazlıqları müəyyən etmək, onların səbəblərini araşdırmaq və aradan qaldırmaq.
- Planlı profilaktik texniki xidmət və təmir işlərini həyata keçirmək.
- Su boruları, kranlar, ventil, nasoslar və digər texniki qurğuların quraşdırılması, təmiri və dəyişdirilməsini təmin etmək.
- Mexaniki avadanlıqların və mühəndis-kommunikasiya sistemlərinin düzgün istismarına nəzarət etmək.
- Texniki nasazlıqlar və qəza halları zamanı operativ müdaxilə etmək, zəruri hallarda aidiyyəti üzrə məlumat vermək.
- Təmir və texniki xidmət işləri zamanı tələb olunan alət və materiallardan təyinatına uyğun istifadə etmək.
- Görülmüş texniki xidmət və təmir işləri barədə müvafiq qeydlər aparmaq və hesabatlılığı təmin etmək.
- İş zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
- Texniki avadanlıqların və iş alətlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək.
- Müəssisənin fasiləsiz fəaliyyətinə mane ola biləcək texniki problemlərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək.
- Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Mexanik, mühəndislik və ya santexnika sahəsində orta ixtisas və ya ali təhsil.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri üzrə biliklər.
- Su təchizatı, kanalizasiya və digər mühəndis-kommunikasiya sistemləri ilə işləmək bacarığı.
- Nasazlıqların operativ aşkar edilməsi və aradan qaldırılması üzrə praktiki bacarıqlar.
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək.
- Profilaktik baxış və texniki servis işlərini həyata keçirmək bacarığı.
- Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı.
- İşlərin vaxtında və keyfiyyətli icrasına diqqətli yanaşma.
- Fövqəladə hallarda çevik qərarvermə və problem həll etmə bacarığı.