İşin təsviri
- Anbara daxil olan malların qəbulunu, yoxlanmasını və sistemə düzgün qeydiyyatını təmin etmək;
- Malların çeşidlənməsi, yerləşdirilməsi və hərəkətinin (giriş-çıxış) dəqiq uçotunu aparmaq;
- Sifarişlərin vaxtında və düzgün yığılmasına nəzarət etmək, prosesdə yaranan uyğunsuzluqları aradan qaldırmaq;
- Stokların gündəlik, həftəlik və aylıq inventarizasiyasını aparmaq, rəhbərliyə dəqiq hesabatlar təqdim etmək;
- Anbar sahəsinin təhlükəsizlik, əməyin mühafizəsi və gigiyena standartlarına uyğun idarə olunmasını təmin etmək;
- Anbarda əməliyyat proseslərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
- İşçilərin işini koordinasiya etmək və komanda daxilində nizam-intizamı qorumaq.
Namizədə dair tələblər
- Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment sahəsi üzrə üstünlükdür);
- Anbar idarəçiliyi sahəsində minimum 3 illik iş təcrübəsi;
- Əsas vəsaitlər və tikinti materialları ilə bağlı yaxşı səviyyədə bilik və praktiki təcrübə
- MS Office proqramları və anbar idarəetmə sistemləri üzrə bacarıqlar;
- Inventarizasiya aparmaq və dəqiq hesabat təqdim etmək bacarığı;
- Məsuliyyətli, analitik düşüncəyə malik, çevik və nizam-intizamlı olmaq;
İş yeri: OBA Zabrat Anbarı (Zabrat qəsəbəsi)
Təminatlar:
- İş rejimi və ya qrafiki: 6 günlük iş həftəsi (09:00 – 18:00);
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;\
- Nahar ödənişi və şirkət tərəfindən servis xidməti;
- Karyera inkişafı və peşəkar təlim imkanları;
- Sabit və dinamik iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar” yazaraq cv@oba.az olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.