Məzmuna keçin
OBA marketlər şəbəkəsi yerləşdirilib

Qastranom Kateqoriyası üzrə texnoloq

Şəhər
Bakı

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

İstehsalat təcrübəsi ilə nəzarət: Qastronom kateqoriyasındakı (əsasən sosiska, bişmiş kolbasa, hisə verilmiş kolbasa, yarımhisə verilmiş kolbasa, vetçina və digər ət məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.

Reseptura və Xammal daxilolması: Məhsulların ət xammalının növlərini, yağ və zülal nisbətini, ət emulsiyasının hazırlanmasını, funksional və texnoloji əlavələri, ədviyyatları və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, konsistensiya, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.

Xammal auditi: Ət xammalı, yağ, ədviyyatlar, funksional əlavələr və digər xammal növlərini, onların keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın və ya resepturanın dəyişdirilməsi nəticəsində yarana biləcək gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

Strateji satınalma: Qastronom kateqoriyası üzrə, əsasən sosiska və kolbasa məhsulları üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.

Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.

Maya dəyərinin (Cost) idarə edilməsi: Ət və digər xammal, qablaşdırma, istehsal, logistika və soyuq zəncir xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Ət və ət məhsullarının texnologiyası)
  • Təcrübə: Ət və ət məhsulları, qastronom və ya FMCG sahəsində birbaşa istehsalatda/ət emalı zavodunda texnoloq, istehsalat və ya keyfiyyət üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi
  • Sektor və Bazar Biliyi: Həm ət və ət məhsullarının istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək
  • Təchizatçı təcrübəsi: Yerli və xarici ət məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir)
  • Şəxsi keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
  • Vakansiya növü - Tam ştat

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →