İşin təsviri
- ERP və POS sistemləri ilə inteqrasiyanı təmin edən proqram təminatını hazırlamaq və inkişaf etdirmək;
- Daxili tətbiqlərin texniki inkişafını həyata keçirmək, yeni funksionallıqları kodlaşdırmaq;
- Verilənlər bazası sorğularını yazmaq və məlumat strukturlaşdırılmasını həyata keçirmək;
- Kod keyfiyyəti və informasiya təhlükəsizliyi standartlarına uyğun proqram təminatı hazırlamaq;
- Texniki sənədləşmə və kod arxivlərinin düzgün şəkildə formalaşdırılmasını təmin etmək;
- Tapşırıqlara uyğun proqram modullarını hazırlamaq və görülən işlərlə bağlı hesabatlar təqdim etmək;
- Komanda və digər bölmələrlə texniki koordinasiyanı təmin edərək tələblərə uyğun həllər icra etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (Kompüter elmləri, Proqramlaşdırma və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Proqramlaşdırma sahəsində 1 il iş təcrübəsi;
- SQL və PL/SQL üzrə əsas biliklər və işləmə təcrübəsi;
- REST API-lərlə işləmək və sistem inteqrasiyası sahəsində anlayış və bacarıq (RESTful veb servislər);
- Versiya nəzarət sistemləri ilə işləmək bacarığı (Git və oxşar platformalar);
- Güclü alqoritmik düşüncə və texniki təhlil qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləməyə uyğun şəxsiyyət;
Əlavə təminatlar:
- Rəqabətqabiliyyətli əmək haqqı (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən olunur);
- Texnologiyaya əsaslanan sistem layihələrində birbaşa iştirak və inkişaf imkanları;
- Peşəkar komanda ilə əməkdaşlıq və bilik mübadiləsi mühiti;
- Müasir və innovativ iş şəraiti;
- Gündəlik nahar təminatı;
- İşə gediş-gəliş üçün servis xidməti;
- Korporativ mobil nömrə ilə təminat.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis” yazaraq cv@oba.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.