Uçot əməliyyatları üzrə mühasib (Gəncə)

İşin təsviri

Tədarükçülərdən mal alışı və geri qaytarma sənədlərini aidiyyatı strukturdan tələb edərək uçot qaydalarına əsasən yoxlayıb təsdiq etmək

Əməliyyatlar zamanı cari hesab, məhsul növü, miqdarı və vahidin qiyməti ilə bağlı problem olduğu təqdirdə vaxtında aidiyyatı struktura müraciət keçmək

Anbarlararası daxili yerdəyişmə sənədlərini, silinmə aktlarını aiddiyyatı strukturdan tələb edərək uçot qaydalarına əsasən yoxlayıb təsdiq etmək

Kassa əməliyyatları üzrə sənədlərin aidiyyatı strukturdan tələbi və təsdiqini təmin etmək

Marketlər üzrə kassa kəsrləri ilə bağlı sorğulara əsasən sənəd təminini həyata keçirmək

Hesablaşma və İnventarizasiya strukturları tərəfindən keçirilən sorğulara operativ şəkildə geri dönüş etmək

İş qrafiki:

Həftə içi 5 gün

09:00-18:00

Tələblər

Təhsil: Ali (Mühasibatlıq,Maliyyə,Biznesin idarəedilməsi üzrə)

Təcrübə: Mühasibatlıq sahəsində minimum 6 ay

Kompüter bilikləri: MS Excel -Orta səviyyədə

ACCA üzrə sertifikatlar üstünlükdür

Analitik düşüncə və problem həlli