İşin təsviri
- Gündəlik olaraq nağd və köçürmələrlə bağlı əməliyyatları icra etmək, təsdiqlənmiş sənədlər əsasında sistemə daxil etmək;
- Daxili (ölkədaxili) və xarici köçürmələri bank sənədlərinə əsasən həyata keçirmək və internet bankçılıq platformasında izləmək;
- Nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını sistemdə qeyd etmək;
- Gündəlik kassa qalıqlarını yoxlamaq, fərqləri aşkarlamaq və aradan qaldırmaq;
- Sistemə daxil edilən maliyyə əməliyyatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları müəyyən edərək aradan qaldırmaq;
Namizədə dair tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat sahələri üzrə);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Bank əməliyyatları və internet banking platformaları ilə işləmək bacarığı;
- MS Excel proqramında orta səviyyədə istifadə bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
- Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Pul vəsaitlərinin uçotu üzrə mühasib yazaraq cv@oba.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.