İşin təsviri
- Mal-materialların mədaxil və məxaric sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
- Anbar əməliyyatlarının 1C proqramında vaxtında və düzgün əks etdirilməsi;
- Mal-material qalıqlarının uçot məlumatları ilə üzləşdirilməsi;
- Materialların silinməsi, yerdəyişməsi və geri qaytarılması əməliyyatlarının rəsmiləşdirilməsi;
- Alış sənədlərinin sifariş və faktiki qəbul məlumatları ilə uyğunluğunun yoxlanılması;
- Maddi məsul şəxslərin təqdim etdiyi hesabat və sənədlərin yoxlanılması;
- Mal-material dövriyyəsi və qalıqları üzrə aylıq hesabatların hazırlanmasına dəstək olunması;
- Mal-material sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi.
İş şəraiti:
- İş günləri: I-V gün
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: 700 AZN (Gross)
Tələblər
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- MS Office proqramları ilə işləmə bacarığı (Xüsusilə Excel);
- 1C uçot proqramı ilə işləmə bacarığı;
- Müvafiq sahədə 1 il iş təcrübəsi arzuolunandır.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.