Müraciət et

Müraciət et

CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Öhdəliklər

  • Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək. 
  • Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
  • Rəsmi hesabatların  (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; 
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; 
  • Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;
  • Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
  • Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
  • Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
  • Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək. 

İş Şərtləri

  • Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
  • 5 günlük iş həftəsi.
  • Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
  • İş yeri şəhərin mərkəzində yerləşir.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Baş mühasib” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.