İşin təsviri
- Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbul və işdən azad etmək;
- Əməkdaşları motivasiya və demotivasiya edən amilləri araşdırmaq və İR üzrə menecerə hesabat vermək;
- Şirkət daxilində davamiyyətə nəzarət etmək və aylıq hesabatları hazırlamaq;
- Kadr sənədləşməsinə mütəmadi nəzarət etmək, kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatını və saxlanılmasını təşkil etmək;
- İşə qəbul olunan işçilərə hesab nömrəsi açılması üçün internet bank vasitəsi ilə sifariş etmək;
- Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
- İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
- Aylıq davamiyyət cədvəlini yoxlamaq və əmək məcəlləsinə uyğun şəkildə ayı sonlandırmaq;
- İşçilərin bütün görüşləri və tədbirlərin koordinasiyası və icrası məsələlərində kömək etmək;
- Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
Namizədə tələblər:
- Qida sektorundan anlayışlı;
- Ali təhsil;
- İR sahəsində minimum 3 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli;
- Cəmlənmiş uçot vaxtı ilə minimum 1 il iş təcrübəsi;
- ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus dili səlis, İngilis dili arzuolunandı;
- “MS Office” proqramlarınında sərbəst iş qabiliyyəti.
İş saatı:
- İş qrafiki: Həftə içi 5 gün 10:00-19:00;
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “İR üzrə mütəxəssis” mövzusu altında hr@papajohns.az elekton poçt ünvanına göndərə bilərlər.