Aktiv və Passivlərin İdarəedilməsi Şöbəsinə Faiz Riskləri üzrə Baş analitik

İşin təsviri

· Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək;

· Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;

· Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək;

· Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq;

· Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək;

· FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq;

· Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək;

· Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək;

· Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək;

· Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

· Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;

· Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış;

· Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq;

· Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər;

· Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma;

· Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə;

· Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı;

· Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq;

· Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq;

· IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı;

· Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər.