İşin təsviri
– ƏL/TMM sistem təminatlarının qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək;
– Requlyativ hesabatların icrası;
– Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuları cavablandırmaq və nəzarət orqanları və Bank arasındakı məlumat mübadiləsini təmin etmək;
– ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək;
– Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
– Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək;
– Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq etmək;
– Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra etmək.
Tələblər
• Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr)
• Tələb olunan iş təcrübəsi: minimum 2 il
• Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır
• Xarici dillər: İngilis (səlis) / Rus
• Kompüter bilikləri: Microsoft Office
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.