İşin təsviri
· Yazılı texniki və funksional sənədləri hazırlamaq
· Toplanmış məlumatları təhlil edərək mövcud proseslərdə və ya sistemlərdə boşluqları, imkanları və çətinlikləri müəyyənləşdirmək
· Biznes tələblərini, proses mərhələlərini, ideyaları və istifadəçi hekayələrini aydın və təşkil olunmuş şəkildə sənədləşdirmək üçün istinad və kommunikasiya
· Biznes tələblərini funksional spesifikasiyalara çevirmək və texniki qruplarla sıx əməkdaşlıq edərək uyğun həllər dizayn etmək
· Biznes məqsədlərinə uyğun gələn praktik məlumatlar və nəticələr təmin etmək
· Biznes tələblərinə əsasən mürəkkəb və böyük məlumatların aqreqasiyasının effektiv şəkildə kommunikasiyasını təmin edən interaktiv/irəliləmiş dashbordlar, statistik və analitik hesabatlar yaratmaq
· Üst rəhbərliyin qərar verməsi və ideya formalaşdırması məqsədilə hesabatlar yaratmaq
· Korrelyasiya təhlili və xüsusiyyət mühəndisliyi kimi məlumat araşdırma texnikaları barədə dərindən məlumatlı olmaq
· Məlumatın keyfiyyəti və strukturunu tam qiymətləndirmək üçün məlumat profil texnikalarından istifadə edərək, nümunələri, uyğunsuzluqları və potensial problemləri müəyyənləşdirmək
· İntelektual məlumat analizi layihələrini əvvəldən sonra qədər idarə etmək.
· Təşkilatın uzunmüddətli məqsədlərinə uyğun intelektual məlumat analiz strategiyaları formalaşdırmaq
· Modelin performansını daha dəqiq qiymətləndirmək üçün kros yoxlamalar tətbiq etmək
· Böyük məlumat sistemlərindən istifadə edərək məlumatların hazırlanması ilə məşğul olmaq
· Minio və ya Spark kimi paylanmış hesablama texnologiyalarından istifadə edərək böyük məlumatları tələblər əsasında hazırlamaq
· Mürəkkəb problemləri daha kiçik idarə edilə bilinən tapşırıqlara bölmək və proqramlaşdırma istifadə edərək effektiv həllər inkişaf etdirmək
Tələblər
- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: 5 il
- Məhsul üzrə biliklər: Oracle BI Publisher/ Oracle BI və ya Tableau və ya Power BI, Oracle FlexCube (əlavə), Oracle Administration Tool (əlavə), PL/SQL
- Bazar üzrə biliklər: Bank işi
- Lisenziya/Sertifikat: Oracle PL/SQL programs units, Oracle Sql Expert
- Dil bilikləri: İngilis (Əla), Rus (yaxşı
- Kompüter bilikləri: R və ya Python, Oracle PL/SQL, MS Office Excel