İşin təsviri
· Daxili və xarici mənbələrdən: əməliyyat məlumatları, müştəri biznes məlumatları, kredit bürosu məlumatları və s. məlumatları çıxarmaq.
· Şəxsi və qeyri-şəxsi məlumatları hazırlamaq (düzəltmə və redaktə etmə).
· Komanda üzvlərinə təlim vermək və praktiki (kod yazma) prosseslərlə təmin etmək.
· Həllər hazırlamaq üçün çoxsaylı mənbələrdən (həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlar: əməliyyat məlumatları, müştəri biznes məlumatları, kredit bürosu məlumatları və s.) məlumatları şərh etmək və təhlil etmək.
· Bankın məhsul və proseslərini təkmilləşdirmək üçün yeni modellərin hazırlamaq(seçilmiş model nümunələri: risklərin qiymətləndirilməsi, meyl modelləri, müştəri seqmentasiyası və s.)
· Mühəndislik və məhsul inkişaf qrupları ilə əməkdaşlıq etmək
· Modelləri səhmdarlara təqdim etmək, qərar qəbul etmə məqsədləri üçün əlçatan şəkildə izah etmək.
Tələblər
· Bakalavr / magistr dərəcəsi: Analitik disiplininlər üzrə (məsələn, statistik, riyaziyyat və ya ekonometriya, fizika və ya hər hansı əlaqədar sahədə)
· Statistik kompüter dillərindən istifadə edərək 2+ il peşəkar təcrübə və məlumat analizi və maşın öyrənmə kitabxanaları (aşağıdakilerden ən az birində: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R) üzrə mükəmməl bilik
· Əlavə proqramlaşdırma dilləri və məlumat analitikası alətləri (SQL, Alteryx və digər) üzrə 2+ il təcrübə
· Məlumat analizi və maşın öyrənmə texnologiyalarından istifadə edərək müvəffəqiyyətlə tamamlanmış layihələr
· Maşın öyrənmə, statistik və məlumat mədənçilik texnikaları üzrə irəliləmiş bilik və onların istifadəsində güclü təcrübə
· Müxtəlif bank məsələlərini və bankçılıqda analitika istifadəsini başa düşmək
· Komandalar arasında əlaqə üçün mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
· Azərbaycan və İngilis dillərində sərbəst (şifahi və yazılı), Rus dilində iş bilgisi üstünlük hesab ediləcək.