Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Qrup Rəhbəri

İşin təsviri

Təsvir

· Bankın yeni və mövcud normativ sənədlərinin, həmçinin məhsullarının risk baxımından nəzərdən keçirilməsi prosesinin koordinasiya edilməsi;

· Ssenari və stress testlərinin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunması;

· Qeyri-maliyyə riskləri üzrə potensial itkilərin müəyyən edilməsinə nəzarət edilməsi;

· Əməliyyat risklərinin kapitala təsirinin hesablanmasına nəzarət olunması;

· Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqi, pozuntuların izlənilməsi və zəruri dəyişikliklərlə bağlı təkliflərin verilməsi;

· Qeyri-maliyyə riskləri üzrə hesabatların hazırlanması və təkmilləşdirilməsi;

· Audit hesabatları üzrə tədbirlərin koordinasiya olunması;

· Yeni layihə, təşəbbüs və xidmətlər üzrə qeyri-maliyyə risklərinin qiymətləndirilməsi və yekun rəyin verilməsi;

· PAŞA Group tərəfindən təqdim olunan sənədlərin nəzərdən keçirilməsi prosesinə nəzarət edilməsi;

· Bank məhsulları üzrə risk və limitlərin müəyyənləşdirilməsi ilə bağlı rəy verilməsi;

· Qeyri-maliyyə risklərinin idarə olunması üzrə daxili sənədlərin yenilənməsinin və tətbiqinin təmin edilməsi;

· Qeyri-maliyyə riskləri ilə bağlı layihə və təşəbbüslərin idarə olunması;

· Risk mədəniyyətinin inkişaf etdirilməsi, aidiyyəti əməkdaşlar üçün təlimlərin təşkili və risk koordinatorları ilə əməkdaşlığın təmin edilməsi;

· RCSA prosesinin idarə olunması və nəticələrinin təqdim edilməsi;

· Exit survey və exit interview nəticələrinin təhlili əsasında risk qiymətləndirmələrinin aparılması və nəticələrin mütəmadi olaraq CHRO ilə paylaşılması;

· Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

· Təhsil: Maliyyə, İqtisadiyyat, İdarəetmə, Risklərin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil; (Magistr dərəcəsi üstünlükdür)

· İş təcrübəsi: Bank sektorunda minimum 4 il iş təcrübəsi.

· Bilik və bacarıqlar: Risklərin qiymətləndirilməsi sahəsində təcrübə;

Mərkəzi Bankın normativ tələbləri ilə işləmək bacarığı;

Proseslərin təhlili üzrə təcrübə;

Daxili nəzarət və ya audit sahəsində təcrübə üstünlükdür;

· Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarıqları;

· Layihələrin və işçi qruplarının idarə olunması bacarığı;

· Hesabat hazırlamaq və təqdim etmək bacarığı;

· Güclü yazılı və şifahi ünsiyyət bacarığı;

· Dil bilikləriİngilis dili; Rus dili üstünlükdür.

· Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı

· Əlavə üstünlüklər: Risklərin idarə olunması üzrə peşəkar sertifikatların olması üstünlük hesab olunur.