Fərdi bankçılıq üzrə satışlar şöbəsinin Kreditləşmə qrupunun Kiçik mütəxəssisi (Kredit analitiki)

İşin təsviri

  • Kredit sövdələşmələrini qiymətləndirmək və korporativ/ kommersiya seqmentləri üzrə kreditləri dəyərləndirmək;
  • Təklif olunan şərtləri yerinə yetirmək və vaxt məhdudiyyəti ilə bağlı müəyyən dəyişikliklər etmək;
  • Müştəri təhlilini həyata keçirmək və Kredit Risklərinin Anderraytinqi Departamentinə kredit limitini təklif etmək;
  • Müştəri tələbinə uyğun məhsul təkliflərinin strukturunu yaratma;
  • Müştərilər üçün maliyyə modelini hazırlamaq;
  • Lazımi sənədlərin doldurulması və tərtib edilməsi üçün korporativ/ kommersiya müştərilərindən və ya Müştəri Menecerlərdən zəruri məlumatların alınması;
  • İlkin təhlil və risk qiymətləndirməsi üçün müştəridən zəruri məlumatın alınması və müvafiq məlumatın Kredit Risklərinin Anderraytinqi departamentinə təqdim edilməsi;
  • Müştərilərlə görüş, biznes müəssisələrinə ziyarət və yerində qiymətləndirmə;
  • Düzgün maliyyə təklifləri irəli sürmək üçün digər məhsul sahibləri ilə əməkdaşlıq etmək;
  • Kredit Komitəsinə kredit müraciətinin təqdim edilməsi;
  • Müştəri üçün nəzərdə tutulan şərtlərə əməl olunması;
  • Müştəri üçün nəzərdə tutulmuş kredit limitinə əməl olunması;
  • Müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.

Tələblər

• Təhsil: Maliyyə, İqtisadiyyat üzrə ali təhsil (bakalavr dərəcəsi);

• Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1+ il;

• Xarici dillər: Rus dili(səlist) və İngilis dili(arzu olunan);

• Kompüter bacarıqları: Microsoft Office və Power Point proqramında yuxarı səviyyədə istifadə bacarığı;

• Bazar bilikləri: İstehlak kreditləri sahəsində təcrübə;

• Digər tələblər: Kommunikasiya, analitika və satış bacarıqlar.