İşin təsviri
Təsvir
- Müştərinin biznesi və fəaliyyət göstərdiyi sənaye / ticarət sahəsində son inkişafı anlayaraq biznes ehtiyaclarının və müvafiq satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştəri əlaqələrin inkişaf etdirilməsini
- Filialın Baş Müştəri Meneceri kimi fəaliyyətin göstərilməsi
- Müvafiq limitlər çərçivəsində filialın satışları və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) görə məsuliyyət daşıması.
- Filialda fəaliyyət göstərən əməliyyat bölmələrinin Baş Ofis (BO) tərəfindən hazırlanmış metodologiyalara ciddi riayət etməsinin monitorinqi
- BO tərəfindən hazırlanmış siyasət, qaydalar, prosedurlar və standartlara uyğun olaraq filial işçilərinin fəaliyyətinin effektivliyinin təkmilləşdirilməsi üçün imkanlar axtarışı
- Bankın xidmət standartlarına riayət edilməsi
- Ehtiyac yarandığı təqdirdə bankın məhsul və ya xidmətləri üzrə müştərilərə məsləhət verilməsi
- Müştərilər ilə görüşlərin, müzakirələrin və ya yazışmaların aparılması zamanı düzgün qeydiyyatın təmin edilməsi
- Müştəri məmnuniyyətinin təmin edilməsi və əsaslı müştəri şikayətləri üzrə çevik və müvafiq tədbirlərin vaxtında görülməsi.
- Filial işçilərin işə qəbul edilməsi
- İmza səlahiyyətində olan sənədlərin yoxlanılması və imzalanması, ABS-də limitlər çərçivəsində əməliyyatların, dəyişikliklərin təsdiqlənməsi.
- ASAN İmza ilə işləmək (Elektron Gömrük Bəyannaməsi haqqında məlumatın əldə edilməsi və ya əlavə edilməsi, səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması).
- Filialların koordinasiyası funksiyası, habelə bankın digər struktur bölmələri ilə əməkdaşlığın təmin edilməsi.
- Daxili və xarici audit, digər tənzimləyici orqanlar tərəfindən qaldırılmış tələb və sorğuların vaxtında həyata keçirilməsi.
- Bütün fəaliyyət və əməliyyatların bankın komplayns qaydalarına uyğunluğunun təmin edilməsi.
- Filialın görünüşünün Bankın nüfuzuna müsbət təsirinin təmin edilməsi.
- Lazım olduqda BO-dan müvafiq təlimat alaraq öz fəaliyyəti çərçivəsində, müqavilələr, günün sənədləri, göndərilən məktubların və s. sənədlərin yoxlanılması və imzalanması.
- Tabeçiliyində olan işçilərin davamlı olaraq koçinqi və inkişaf etdirilməsi, illik və yarım-illik qiymətləndirilmənin həyata keçirilməsi.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Təhsil səviyyəsi və istiqaməti;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): 6+ il;
- Texniki səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
- Yumşaq səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
- Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
- Kompüter biliklər: Microsoft Office (Excel, Word).