Generativ AI üzrə Ekspert

İşin təsviri

  • Müxtəlif departamentlər üzrə (müştəri xidməti, əməliyyatlar, hüquq, HR, T&Q və s.) GenAI və AI agent əsaslı istifadə hallarını müəyyənləşdirmək, prioritetləşdirmək və onların inkişafına rəhbərlik etmək;
  • Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək mövcud problemləri aydın KPI-larla ölçülə bilən AI yönümlü həllərə çevirmək.
  • Sürətli prototiplərin hazırlanmasına, konsept sübutlarının (PoC) aparılmasına və istehsal səviyyəli AI sistemlərinə keçid prosesinə nəzarət etmək;
  • Miqyaslana bilən, təhlükəsiz və tənzimləmələrə uyğun hibrid AI infrastrukturunun (bulud əsaslı xidmətlər – Azure OpenAI, AWS Bedrock və s. ilə yanaşı lokal açıq mənbəli LLM-lərdən istifadə etməklə) dizaynı və tətbiqini təmin etmək;
  • Platformalar üzrə uyğunluğun, səmərəliliyin və idarəetmə standartlarının qorunmasını təmin etmək (Hugging Face, Nvidia NIMs, Mistral, Llama və s.);
  • AI agentlərinin orkestrasiyası üçün (LangChain, AutoGen, CrewAI və s.) tələb olunan infrastrukturun və etibarlı API xidmətlərinin qurulmasını təşkil etmək;
  • AI modellərinin tam Lifecycle-na nəzarət etmək: məlumatların qəbulundan və hazırlanmasından başlayaraq təlim, incə tənzimləmə (fine-tuning), qiymətləndirmə, tətbiqetmə, monitorinq və yenilənmə mərhələlərinədək bütün prosesi idarə etmək;
  • MLOps ən yaxşı təcrübələrinin tətbiqinə rəhbərlik etmək, CI/CD proseslərinin qurulmasını, versiyalaşdırmanı və avtomatlaşdırılmış yenidən təlim boru xətlərinin (pipelines) təmin edilməsini təşkil etmək.

Tələblər

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Süni İntellekt, Data Elmləri, İnteqrasiya Sistemləri və ya əlaqəli texniki sahə üzrə bakalavr \ magistr dərəcəsi;
  • Texnologiya sahəsində rəhbərlik və ya aparıcı mütəxəssis rollarında 3+ il, o cümlədən AI/ML və məlumat (data) sahəsində 2+ il təcrübə;
  • Müəssisə səviyyəsində GenAI həllərinin və AI agentlərinin tətbiqi üzrə təsdiqlənmiş praktiki təcrübə;
  • Bulud əsaslı AI xidmətləri (Azure, AWS, GCP) və açıq mənbə lokal model infrastrukturları haqqında dərin bilik;
  • LLM-lərlə (GPT, Claude, Llama, Mistral və s.), vektor bazaları, embeddings və RAG boru xətləri ilə işləmək üzrə praktik bacarıqlar;
  • AI agent framework-ləri (LangChain, CrewAI, AutoGen və s.) və əlaqəli orkestrasiya alətləri ilə tanışlıq və tətbiq təcrübəsi.