Hüquqi məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Korporativ Katiblik qrupunun Baş Mütəxəssisi

İşin təsviri

– Müşahidə Şurası, İdarə Heyəti və Komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının təşkil edilməsini, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;

– Bankın Müşahidə Şurası, İdarə Heyətinə və komitələrinə və digər səlahiyyətli qərarvermə orqanlarına inzibati dəstəyin lazımi qaydada və vaxtı-vaxtında göstərilməsini həyata keçirilməsi;

– Müşahidə Şurası. İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarının və qərarlarının şirkətin və requlyatorun müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət edilməsi;

– Katibi olduğu komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının qərarlarının çıxarışlarının verilmiş qərara uyğun imzalanması və düzgün şəkildə icraya yönəldilməsi (həmçinin Komitə üzvlərinin imzası olmadan);

– İdarə Heyətinin və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək;

– İdarə Heyətinin və komitə və digər səlahiyyətli qərarvermə orqanların iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması;

– Şirkətin katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;

– Mütəmadi hesabatların hazırlanmasına nəzarət etmək və idarəetmə orqanların fəaliyyəti haqqında məlumat açıqlanmasını təmin edilməsi;

– Qərarvermə orqanlarının protokollarının hüquqi və korporativ idarəetmə standartları baxımdan düzgün tərtibi, vaxtı vaxtında bağlanılması, imzaya təqdim olunması və arxivləşdirilməsi;

– Tərtib edilmiş qərarların icrasına nəzarət edilməsi və bu barədə hesabatlılığın təmin edilməsi;

– Qərarların hüquqi baxımdan düzgün tərtib edilməsi;

– Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanmasını təmin etmək;

– Bankın korporativ idarəetmə standartlarına uyğun fəaliyyət göstərməsinin təmin edilməsi və bu sahədə müvafiq rəylərin təqdim edilməsi;

– Qərarvermə orqanlarının keyfiyyətli və tam məlumatlı qərar verməsinə dəstək olmaq məqsədilə hesabatlılıq sistemini təkmilləşdirmək;

– Bankda mövcud səlahiyyətlərin idarə edilməsi, səlahiyyətlərlə bağlı məsələlərə dair rəylərin və təkliflərin təqdim edilməsi;

– Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək;

– Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək;

– Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq;

– Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;

– Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlər taksonomiyasını idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsinə tənzimləmək;

– Bankın normativ sənədlərinə dair rəy verilməsi, normativ sənədlərin korporativ idarəetmə standartları və səlahiyyətlərə uyğun tərtibinin təmin edilməsi və bu barədə təkliflərin verilməsi;

– Bankın şöbə və departamentləri ilə İdarə Heyəti və digər səlahiyyətli qərarvermə orqanlarının üzvləri arasında effektiv əlaqəni təmin etməkdə qrup rəhbərinə/şöbə rəhbərinə yardım edilməsi;

– Bankdaxili və bankxarici (requlyatorlar tərəfindən və s.) daxil olmuş sorğulara və sənədlərə dair istəklərə cavab verilməsi;

– İdarəetmə orqanları və komitələrin və digər səlahiyyətli qərarvermə orqanlarının müzakirəsinə çıxarılmış məsələlərin müvafiq qərarvermə səlahiyyət və limitinə uyğunluğunu təmin etmək, həmçinin bu işdə qrup rəhbərinə/ şöbə rəhbərinə yardımçı olmaq;

– Qrup Rəhbərinə/ Şöbə Rəhbərinə korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarəedilməsində fəal surətdə dəstək olmaq.

Tələblər

– Təhsil: Bakalavr dərəcəsi (hüquq, iqtisadiyyat və ya idarəetmə);

– Tələb olunan iş təcrübəsi: 2-3 il;

– Lisenziya / Sertifikat: Korporativ İdarəetmə istiqaməti üzrə sertifikat arzuolunandır;

– Xarici dillər: İngilis dili və Rus dili;

– Kompüter bilikləri: Microsoft Office

– Başqa tələblər: Kredit, sənədli əməliyyat, faktorinq.