İşin təsviri
Təsvir
- Bankın informasiya sistemlərinin texniki təhlükəsizliyini təmin etmək — IDS/IPS, antivirus, şifrələmə alətlərinin quraşdırılması, sazlanması və fasiləsiz istismarı;
- İnformasiya təhlükəsizliyi üzrə texniki nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Təhlükəsizlik sistemlərindən daxil olan hadisə, xəbərdarlıq və anomaliyaları təhlil etmək, insidentlərə cavab tədbirlərinin görülməsini təmin etmək;
- Baş vermiş təhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, nəticələrini sənədləşdirmək və aradan qaldırılması üçün aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
- İnformasiya sistemlərinin təhlükəsizliyinin qanuni tələblərə və Bankın daxili standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya Kompüter elmləri üzrə);
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- EDR, XDR, SIEM kimi təhlükəsizlik sistemlərinin idarə edilməsi üzrə biliklər;
- Anomaliya monitorinqi, insidentləri cavablandırma təcrübəsi, analitik düşüncə;
- Orta səviyyədə ingilis və ya rus dili biliyi.