Kartların emissiyası qrupunun Assistenti

İşin təsviri

  • Müştəri tərəfindən göndərilmiş “FATCA” sənədlərinin qəbulu, yoxlanılması və sistemdə müvafiq qeydlərin aparılması
  • “FATCA” sənədlərinin arxivləşdirilməsi (həm fiziki arxiv, həm elektron qovluqda arxivləşdirilməsi)
  • Qəbul olunmuş “FATCA” sənədləri əsasında müştərilərə kartların göndərilməsi və çatdırılması ilə bağlı sənədlərin arxivləşdirilməsi
  • Sistemdə kartların çatdırılmasının statusu ilə bağlı qeydlərin aparılması
  • Kartların çatdırılması ilə bağlı ABS-də müxabirləşmələrin icra olunması
  • Kartların çatdırlması ilə bağlı bütün xarici və daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılması
  • Qiymətlilərin (kartları) kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi

Tələblər

  • Təhsil: Ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 0-1 il
  • Xarici dillər: Rus dili (səlis)
  • Kompüter bilikləri: Word, Excel
  • Başqa tələblər: dəqiqlik, məsuliyyət, kommunikasiya bacarığı