Kibertəhlükələrin aşkarlanması və Cavab üzrə Kiçik Mütəxəssis

İşin təsviri

  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə etmək;
  • İnsidentlərin mövcudluğunu yoxlamaq;
  • Son istifadəçilər tərəfindən email vasitəsilə daxil olan həyacanları nəzərdən keçirmək və sorğu açmaq;
  • Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsini aparmaq(hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi və ya təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin ilkin aşkarlanması);
  • İlkin tədqiqat aparmaq;
  • Həyacanların və onlara asılı olan sistemlərin monitorinqini aparmaq;
  • Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərini məlumatlandırmaq;
  • İnsidentləri L2 analitiklərinə eskalasiya etmək;
  • İnsidentlərin həllində hətta onlar artıq eskalasiya olunduğu təqdirdə aktiv iştirak etmək(məlumat toplama);
  • İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx çalışmaq;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında işləmək;
  • Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab vermək;
  • Yanlış həyacanlarla bağlı mühəndislik komandasına məlumat vermək;
  • Cari zəifliklər və təhdidlər haqqında xüsusilə, daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: İT Əməliyyatları üzrə minimum 0-1 il iş təcrübəsi;
  • Lisenziya / Sertifikat: Arzuolunan- CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
  • Xarici dillər: İngilis(orta),Rus dili arzuolunan(orta)
  • Kompüter bilikləri:

– Ümumi kibertəhlükəsizlik anlayışı;

– Ümumi desktop OS və server OS biliyi;

– Şəbəkə protokolları (i.e. TCP/IP);

– Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat;

– Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış;

– Host-based firewalls, Anti-Malware, HIDS haqqında bilik.

  • Başqa tələblər:

– Güclü analitik və problemi həll etmə bacarıqları;

– Təzyiq altında işləmək;

– Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu;

– Multi-tasking environment;

– Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;

– Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı.